Böyük Britaniyada əmlak satışına tətbiq olunan vergi güzəşti aprelə qədər davam edəcək

2021.01.11 13:45 (UTC+04:00)

Böyük Britaniyada fəaliyyət göstərən “Halifax” mənzil krediti qurumunun açıqlamasında ölkənin mənzil bazarındakı tendensiyalar təhlil edilib. Bildirilib ki, 2020-ci ildə ölkədə bir mənzilin orta qiyməti 6 faiz artaraq 253 min funt sterlinqdən (584 min manat) 374 min funt sterlinqə (863 min manat) yüksəlib.

AçıqlamadaCOVİD-19 pandemiyasının mənzil bazarına təsirinə də diqqət yönəldilib: “Əgər Britaniya iqtisadiyyatı yeni karantin qərarları ilə məhdudlaşarsa, qarşıdakı aylarda işsizlik göstəricisi proqnozlaşdırılan səviyyədə artarsa, 2021-ci ildə mənzillərin qiymətlərində azalma təmayülü olacağı gözlənilir”.

Qeyd edək ki, Böyük Britaniyada koronavirus pandemiyası dövründə iqtisadiyyatı və mənzil sektorunu canlandırmaq məqsədilə əmlak satış əməliyyatı vergisinin tutulması dayandırılıb. Hökumətin mənzil satınalmalarına tətbiq etdiyi bu vergidən azadolma müddəti 2021-ci il martın 31-dək qüvvədədir. Əmlak satış əməliyyatı vergisinin dərəcəsi 500 min funt sterlinq (1,154 milyon manat) qiymətində bir mənzil üçün təxminən 15 min funt sterlinqə (35 min manat) bərabərdir.