2020-ci ilə qədər şəhid olanların ailələri və Qarabağ əlillərinə də yardım ediləcək

2021.01.08 17:12 (UTC+04:00)

İlkin mərhələdə “YAŞAT” Fondu Vətən müharibəsinin şəhid ailələrinin və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətlərini qəbul edəcək. Birinci Qarabağ müharibəsi və digər dövrlərdə şəhid olanların ailə üzvləri və əlilliyi müəyyən olunmuş şəxslər isə mart ayından etibarən yashat.gov.az portalında qeydiyyatdan keçə biləcəklər.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev yanvarın 8-də keçirilən brifinqdə deyib.
Ü.Mehdiyev bildirib ki, mart ayına qədər hələ ki, “YAŞAT” Fondu 2800-dək Vətən müharibəsi şəhidinin ailəsi, eyni zamanda, əlillik statusu alacaq yaralıların problemləri ilə məşğul olacaq. Mart ayından sonra isə Fond tərəfindən 2020-ci ilə qədər şəhid olanların ailələri və Qarabağ əlillərinə də yardım edilməsi nəzərdə tutulub”.