Yanvarın 8-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50200289S dövlət qeydiyyat nömrəli, 150 milyon manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 97.7198 AZN (10 faiz) və 98.8696 AZN (4.89 faiz) olan 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 442 milyon 508 min 700 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.6193 AZN (6 faiz), orta ölçülmüş qiyməti isə 98.6896 AZN (5.69 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 milyon manat təşkil edib.
Notlar aprelin 2-də ödəniləcək.