Mövcud qanunvericiliyə əsasən, 2021-ci il yanvarın 1-dən Azərbaycanda qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.
Qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq Tədbirlər Planı hazırlanır və bu plan çərçivəsində nəzarət tədbirləri həyata keçiriləcək.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərini bu məhsulların istehlak bazarına çıxarılması zamanı mövcud qanuverciliyin tələblərinəriayət etməyə çağırır.
Qanunvericiliyin tələblərinə riayət olunmamasına görəciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Bu cür hərəktlərə görə inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000manatdan 4000 manatadək cərimə edilir.