Ay ərzində canlı əlaqə zamanı daxil olmuş 55.135 zəng Çağrı Mərkəzinin əməkdaşları tərəfindən cavablandırılıb. Mürəkkəb xarakterli 1.246 müraciətlə bağlı müraciət vərəqəsi tərtib edilib. Yanvar ayında məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları ilə bağlı cavablandırılmış müraciətlərin xüsusi çəkisi ümumi müraciətlərin 33,4 faizini təşkil edib. Vergi növləri barədə məlumat əldə etmək üçün 4.747, vergi borcu barədə 4.635, zəng sifariş etmək üçün 1.139 dəfə səsli menyudan istifadə edilib. Ay ərzində vergi ödəyicilərinə ümumilikdə 168.265 SMS göndərilib.