İsveçrənin ən böyük bankı olan UBS-yə verilən bu cəzanın əsas səbəbi kimi vergi yayındırmaq və çirkli pulların yuyulmasına yardımçı olmaq göstərilib. Fransa mətbuatında yayılmış xəbərlərdə bildirilir ki, Paris Cəza Məhkəməsi UBS bankına 2014-2012-ci illərdə fransalı müştərilərinə vergidən yayınmağa vasitəçi olduğuna və çirkli pulların yuyulmasına kömək etdiyinə görə 3,7 milyard avro məbləğində cərimə müəyyənləşdirib. Məhkəmənin qərarında UBS bankının Fransa dövlətinə 800 milyon avro məbləğində təzminat ödəməsi də qeyd edilib. Xatırladaq ki, Fransanın Milli Maliyyə Məhkəməsi keçən ilin noyabr ayında İsveçrə bankının pulla cərimə edilməsi tələbini irəli sürmüşdü.