Yanvarın 6-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100189S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 99.5167 AZN (6.24 faiz) və 99.5543 AZN (5.76 faiz) olan 27 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon 345 min 400 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.5543 AZN (5.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 250 milyon manat təşkil edib. Notlar fevralın 3-də ödəniləcək.