Türkiyədə spirtli içkilər və siqar üçün istehlak vergisi artırılıb

2021.01.06 13:58 (UTC+04:00)

Keçən ilə aid inflyasiya səviyyələrinin açıqlanmasından sonra alkoqollu içkilərə və siqarlara tətbiq olunan xüsusi istehlak vergisinin (ÖTV - özel tüketim vergisi) dərəcəsi də 17,7 faiz artırılıb. ÖTV cədvəlindəki göstəricilərə əsasən, pivə üçün sabit ÖTV məbləği 2,0442 lirədən 2,3933 lirəyə, rakı üçün 278,29 lirədən 326,99 lirəyə qaldırılıb.
Alkoqol dərəcəsi 18 faiz və daha az olan şərablar üçün ÖTV məbləği 81,38 lirədən 95,29 lirəyə, alkoqol dərəcəsi 22 və daha artıq olan spirtli içkilər üçünsə 279,29 lirədən 326,99 lirəyə qaldırılıb.
Tütündən hazırlanan siqarlara görə tutulan minimum sabit vergi məbləği 0,3747 lirədən 0,4383 lirəyə, sabit vergi məbləği isə 0,5008 lirədən 0,5863 lirəyə qaldırılıb.