Bu il qlobal neft tələbatı gündəlik 95,9 milyon barrelə çatacaq

2021.01.04 17:02 (UTC+04:00)

Cari ildə qlobal xam neft tələbatı sutkada 95,9 milyon barrelə yüksələcək.
Bu sözləri OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo deyib.
O bildirib ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin qəbul etdiyi gündəlik hasilatda 0,5 milyon barrellik artım qarşıdakı aylarda mərhələli şəkildə bazara sutkada 2 milyon barrel neft həcmlərinin daxil olmasına şərait yaradacaq. Cari ildə xam neft tələbatı tədricən artacaq və gündəlik 95,9 milyon barrelə yüksələcək. 2020-ci ilə görə bu, 5,9 milyon barrellik artım deməkdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olmayan ölkələrdə isə artım sutkada 3,3 milyon barrel təşkil edəcək.