İnnovasiyalar Agentliyinin nizamnaməsinə uyğun olaraq ölkədəki startapların ümumi qeydiyyata alınması, startapların kateqoriyalandırılması prosesi həyata keçirilir.
İnnovasiyalar Agentliyinə istinadla prosesi təqdim edir.
Startapların kateqoriyalar üzrə təsnifatlaşdırılması proseduru qəbul edilmiş beynəlxalq standartlara əsasən, startapın yetişmə səviyyəsini və hansı kateqoriyaya (A, B, C, D, E) düşməsini müəyyənləşdirmək üçün ikimərhələli yoxlamadır.
Hazırda startap bazada 250-dək təsnifatlaşdırılmış startap var. Bunlardan 35 faizi A, B, C kateqoriyalı startaplardır, qalan hissəsi isə D və E kateqoriyalarına aid edilib.
Qeyd edək ki, inkişaf mərhələsinə uyğun startaplar aşağıdakı kimi təsnifatlaşdırılır:
E - ideya mərhələsi
D - işlək ideya mərhələsi
C - ilkin satış mərhələsi
B - satış məhsulu və satış təcrübəsi olan mərhələsi
A - davamlı inkişaf edən müəssisə mərhələsi
Startap bazada ilk yerlərdə təhsil və elektron ticarət sahəsində fəaliyyət göstərən startap layihələr yer tutur. Beləliklə startapların seçdikləri fəaliyyət sahələrinin ardıcıllığı aşağıdakı kimidir:
1. Təhsil
2. Elektron ticarət
3. Təhlükəsizlik
4. Sosial şəbəkələr, media və reklam
5. Əyləncə
6. Nəqliyyat və logistika
7. Maliyyə
8. Aqrar
9. Ağıllı şəhərlər
10. Dizayn, İncəsənət, Turizm