İmişlidə vergi ödəyiciləri ilə görüş keçirilib

2019.02.22 16:30 (UTC+04:00)

8 saylı Ərazi Vergilər İdarəsinin İmişli şəhərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzində vergi ödəyiciləri ilə görüş keçirilib. Tədbirdə Vergi Məcəlləsinə və sosial sığorta sahəsində qanunvericiliyə edilmiş son dəyişikliklər müzakirə edilib. İştirakçılara Vergi Məcəlləsində 5 əsas istiqamət üzrə mühüm dəyişikliklərin mahiyyəti barədə ətraflı məlumat verilib. Nazirlər Kabinetinin təsdiq etdiyi "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları" haqqında fikir mübadiləsi aparılıb. Sonda yeni qanunvericilik müddəalarının vergi ödəyicilərinə çatdırılması məqsədilə sual-cavab sessiyası keçirilib.