Qırğızıstan hökumətinin 2018-ci il dekabr arının 12-də qəbul etdiyi “Vergi hesabatlarının elektron qaydada təqdim olunmasına keçidin qayda və müddətləri” adlı sənədin tələblərinə əsasən, ölkədə fəaliyyət göstərən bir sıra təşkilatlar və iş adamları elektron imza vasitəsilə təsdiqlənmiş vergi hesabatlarını 2021-ci il yanvar ayının 1-dək təqdim etməli idi. Keçən ilin sentyabr ayında Dövlət Vergi Xidmətinin elektron imza almaq barədə sahibkarlara müraciəti olmuşdu.
Qırğızıstan Respublikası Baş Naziri vəzifəsini icra edən, Baş Nazirin birinci müavini Artyom Novikovun imzaladığı yeni qərara əsasən, elektron hesabatlara keçidin müddəti 2021-ci ilin aprel ayına qədər uzadılıb.
Bundan əlavə, fərdi sahibkarların əllə imzaladıqları adi vergi hesabatlarının elektron formaya keçirilməsinə 2022-ci il yanvar ayının 1-dən başlanacaq.