2020-ci ilin noyabr ayında ölkəmizdə nağdsız ödənişlərin ümumi həcmi oktyabrla müqayisədə 45 milyon manat artaraq 569 milyon manata çatıb.Oktyabrda 524 milyon manat həcmində nağdsız ödənişlər edilmişdi.
Mərkəzi Bankın aylıq hesabatına əsasən, artım daha çox POS-terminallar vasitəsilə reallaşdırılan ödənişlərdə baş verib. Noyabrda ölkədaxili əməliyyatlarda həmin sektorun payı 226 milyon manatolub. Bankomatlar vasitəsilə reallaşdırılan nağdsız ödənişlərin həcmi isə 25 milyon manat olub.
Noyabrda elektron ödənişlərin həcmi 15 milyon manat artaraq 318 milyon manata çatıb.