44 gün davam edən və Azərbaycanın Böyük Qələbəsi ilə başa çatan Vətən Müharibəsinin iştirakçılarından biri də əsgər Aslan Pənahovdur.
İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz regional bölməsinin böyük məsləhətçisi olan Aslan Pənahov fəaliyyət göstərdiyi Xaçmaz KOB evininin kollektivi tərəfindən böyük coşqu və sevinclə qarşılanıb.
Aslan Pənahov Füzuli, Cəbrayıl və Xocavəndin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.