Yanvar-noyabr aylarında Azərbaycanda 22,7 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

2020.12.30 17:50 (UTC+04:00)

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 22 milyard 746 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 9 milyard 685,5 milyon dolları idxalın, 13 milyard 60,5 milyon dolları isə ixracın payına düşüb.