Dekabrın 30-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101286S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 99.5167 AZN (6.24 faiz) və 99.5543 AZN (5.76 faiz) olan 26 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 847 milyon 336 min manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.5543 AZN (5.76 faiz), orta ölçülmüş qiyməti 99.5543 AZN (5.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil edib. Notlar yanvarın 27-də ödəniləcək.