Dekabrda “Bir Pəncərə” Mərkəzi ilə 17,3 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirilib

2020.12.30 15:27 (UTC+04:00)

Dekabrda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,3 milyon ABŞ dolları olub.

Bu məlumatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayından əldə edib.

Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.