Bu il “Azexport.az” portalına 553,3 milyon dollarlıq ixrac sifarişləri daxil olub

2020.12.30 15:10 (UTC+04:00)

Cari ilin yanvar-noyabr aylarında “Azexport.az” portalına 553,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayına istinadla xəbər verir ki, noyabrda portala daxil olan ixrac sifarişlərinin dəyəri 41,1 milyon dollar təşkil edib.

2017-ci ilin yanvarından bu il noyabrın 30-dək (47 ay ərzində) “Azexport.az” portalına 142 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 138 milyon dollar təşkil edib.