Azərbaycandan 84,7 min ton pambıq lifi, 7,2 min ton pambıq ipliyi ixrac olunub

2020.12.30 13:00 (UTC+04:00)

Bu ilin on bir ayında Azərbaycandan 84,7 min ton pambıq lifi və 7,2 min ton pambıq ipliyi ixrac olunub.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 111,9 milyon ABŞ dolları, pambıq ipliyinin dəyəri isə 14,9 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 108,8 milyon dollarlıq 78,5 min ton pambıq lifi, 27,3 milyon dollarlıq 11,5 min ton pambıq ipliyi ixrac edilib.