On bir ayda 180 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac olunub

2020.12.30 12:32 (UTC+04:00)

2020-ci ilin yanvar-noyabr aylarında ölkədən 179,6 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac olunan plastmas və onlardan hazırlanan məmulatların dəyəri 137,3 milyon ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin eyni dövründə 168 milyon dollar dəyərində 232,3 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac olunub.