Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın on bir ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Yunanıstan və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 4 milyard 98,9 milyon ABŞ dolları, Yunanıstana 467,5 milyon dollar, Xorvatiyaya isə 448,8 milyon dollar təşkil edib.