Azərbaycanda ilk "DOST" (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzi martın sonu - aprelin əvvəllərində paytaxtın Yasamal rayonunda açılacaq. Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, ilin sonuna qədər Bakının Binəqədi, Nizami və Xəzər rayonlarında da "DOST" mərkəzlərinin açılması nəzərdə tutulub. Qeyd edək ki, 2019-2025-ci illərdə ölkədə 31 "DOST" mərkəzinin açılması nəzərdə tutulur ki, bunlardan da 5-i Bakı, 2-si Sumqayıt, 2-si Gəncə şəhərində, qalanları isə ölkəmizin digər regionlarında fəaliyyət göstərəcək.