On bir ayda Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 262 milyon dollardan çox olub

2020.12.29 17:12 (UTC+04:00)

Yanvar-noyabr aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 262 milyon dollardan çox olub.

Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə Belarusdan Azərbaycana ixracın dəyəri 99,4 milyon dollar, ölkəmizdən Belarusa isə 162,9 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları ötüb.