Әmanәtlәrin sığortalanmasına dair strategiya bank sektoruna etimadı qoruyacaq

2020.12.29 16:04 (UTC+04:00)

Әmanәtlәrin sığortalanması mexanizminin yeni çәrçivәsinә dair strategiyanın 2021-ci ildә reallaşdırılması bank sektoruna etimadı qoruyacaq.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Strategiya fiziki şәxslәrin qorunan әmanәtlәri üzrә kompensasiya mәblәğinin dәyişdilmәsilә yanaşı sahibkarlıq fәaliyyәti ilә mәşğul olan fiziki şәxslәrin bank hesablarında olan vәsaitlәr üzrә kompensasiya mәblәğinin müәyyәnlәşdirilmәsini vә notariusların depozit hesablarında qalmış fiziki şәxslәrә mәxsus pul vәsaitlәrinin tam mәblәğdә sığortalanmasını nәzәrdә tutur. Nәzәrdә tutulan dәyişikliklәr әmanәtçilәrin mütlәq әksәriyyәtinin әmanәtinin tam qorunmasına, banklar da risk idarәetmәsinin tәkmillәşdirilmәsinә, bazar intizamı vә rәqabәt mühitinin güclәndirilmәsinә, belәliklә bank sisteminin dayanıqlığının vә әmanәtçilәrin mәnafelәrinin etibarlı qorunmasına imkan verәcәk.