On bir ayda Azərbaycandan 2936 çeşiddə məhsul ixrac olunub

2020.12.29 15:25 (UTC+04:00)

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan 2936 çeşiddə məhsul ixrac olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edək ki, on bir ayda Azərbaycanda ixrac əməliyyatlarının dəyəri 13 milyard 60,5 milyon ABŞ dolları olub.