Azərbaycan təbii qaz ixracını artırıb

2020.12.29 13:54 (UTC+04:00)

On bir ayda ölkədən 12 milyard 278,8 milyon kubmetr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 2 milyard 178,3 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 10 milyard 464,9 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri 2 milyard 78,6 milyon dollar olmuşdu.