Azərbaycanda yığım-tikinti bankının yaradılması mәsәlәsinә baxılacaq

2020.12.29 14:43 (UTC+04:00)

2021-ci ildə maliyyә-bank sektorunun dәrinliyinin artırılması istiqamәtindә fәaliyyәt güclәndirilәcәk.

Mərkəzi Bankın gələn il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatına əsasən, bankların strategiyalarında biznes kreditlәşmәsinә diqqәtin artırılması 2021-ci ildә dә tәşviq olunacaq. Banklararası pul bazarının aktivlәşdirilmәsi banklar arasında resurs axınının sürәtlәndirilmәsinә vә belәliklә, biznesin maliyyә resurslarına tәlәbatının ödәnilmәsinә xidmәt edәcәk.

Regionlarda maliyyәyә çıxışın yaxşılaşdırılması xüsusi diqqәtdә saxlanılacaq. İşğaldan azad edilmiş rayonlarda bank-maliyyә infrastrukturunun yaradılması qayıdış planlarının mühüm tәrkib hissәsi olacaq. İpoteka kreditlәşmәsinin bazar mexanizmlәri vasitәsilә genişlәndirilmәsi ölkәdә әmlak-tikinti sektorunun inkişafında mühüm rol oynayacaq. Bu istiqamәtdә yığım-tikinti bankının yaradılması mәsәlәsinә baxılacaq.

Maliyyә inklüzivliyinin genişlәnmәsi mәqsәdilә maliyyә xidmәtlәrinin rәqәmsallaşdırılması vә "fintex"lәrdәn istifadә tәşviq edilәcәk. Növbәti ildә dә nağdsız ödәniş infrastrukturundan istifadә imkanlarının genişlәndirilmәsi vә banklar tәrәfindәn innovativ ödәniş alәtlәrinin tәtbiqi diqqәtdә saxlanılacaq.