Bir ayda külək elektrik stansiyalarında 6 milyon kilovat/saatdan çox elektrik enerjisi istehsal olunub

2020.12.29 10:33 (UTC+04:00)

Noyabrda Azərbaycandakı külək elektrik stansiyalarında (KES) 6,1 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.
Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bir ayda ölkədəki günəş elektrik stansiyalarında (GES) isə 2,8 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.