Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 701 milyon dollar olub

2020.12.29 10:03 (UTC+04:00)

Yanvar-noyabr aylarında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 701 milyon dollar olub.
Ukrayna Dövlət Statistika Komitəsindən bildirilib ki, 11 ayda Azərbaycan bu ölkəyə 320,5 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 380,5 milyon dollar olub.
Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon dollar olub.