Aİ ilə Böyük Britaniya arasında ticarətdə gömrük vergisi tutulmayacaq

2020.12.28 13:50 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) üzvlüyündən ayrılan Böyük Britaniya ilə Avropa Komissiyasının imzaladığı “Ticarət və əməkdaşlıq sazişi”nə əsasən, tərəflər arasında yeni sərbəst ticarət sazişi imzalanacaq.
Saziş mal və xidmətlərlə yanaşı, investisiya, rəqabət, dövlət dəstəyi, vergi, enerji, balıqçılıq, informasiya təhlükəsizliyi və sosial müdafiə sahələrini əhatə edəcək.
Mənşə tələblərinə cavab verən malların ticarətində gömrük vergisi və kvota tətbiq olunmayacaq.
Tərəflər ətraf mühiti qorumaq və iqlim dəyişikliyi ilə mübarizəyə üstünlük vermək barədə öhdəlik götürəcəklər. Sosial hüquqlar və işçi hüquqlarının tələblərinə əməl ediləcək.
Sazişin qüvvəyə minməsi üçün Britaniya parlamenti, Aİ Şurası və Avropa Parlamenti tərəfindən təsdiqlənməsi tələb olunur.