Dekabrın 1-nə ölkədə fəaliyyət göstərən bankların kredit portfeli 14 milyard 409,3 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, hesabat dövründə biznes kreditləri 8 milyard 576,4 milyon manat, istehlak kreditləri 3 milyard 730,9 milyon manat, ipoteka kreditləri isə 1 milyard 997,4 milyon manat olub.