On bir ayda 668,9 milyon manat sığorta haqqı toplanıb

2020.12.25 16:50 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 668 milyon 925 min manat sığorta haqqı toplanıb.

Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, 11 ayda sığorta şirkətləri tərəfindən 391 milyon 453 min manat ödəniş həyata keçirilib.