Ötən ay Gömrük Komitəsi büdcəyə 315,8 milyon manat köçürüb

2020.12.25 15:19 (UTC+04:00)

Cari ilin noyabrında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 315 milyon 874,1 min manat olub.
Komitədən bildirilib ki, keçən ay gömrük rüsumları üzrə büdcə daxilolmaları 87 milyon 298,5 min manat, əlavə dəyər vergisi üzrə 212 milyon 747,9 min manat, aksizlər üzrə 12 milyon 852,3 min manat, yol vergisi üzrə isə 2 milyon 975,4 min manat təşkil edib.
Xatırladaq ki, ötən ilin noyabrında komitənin dövlət büdcəsinə daxilolmaları 361 milyon 14,4 min manat olmuşdu.