Azərbaycan Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış minimum və orta aylıq pensiya göstəricilərinin beynəlxalq dollar ifadəsində MDB ölkələri və Gürcüstan üzrə müqayisədə lider mövqeyini qoruyub saxlayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, ölkəmizdə aparılan sosial islahatlar sosial ödənişlərin, habelə pensiyaların əhəmiyyətli dərəcədə artımı ilə nəticələnir.
Hazırda Azərbaycanda ödənilən pensiyaların minimum məbləği 233 manat, orta aylıq məbləği isə 300 manat, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 330 manatdır.