Karantin rejimi tətbiq edilmiş bəzi şəhər və rayonlarda 1776 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilib

2020.12.24 13:53 (UTC+04:00)

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilmiş qərara əsasən, 3-cü mərhələ çərçivəsində sərtləşdirilmiş karantin rejimi tətbiq edilmiş Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında 8657 muzdlu işçini əhatə edən 1776 vergiödəyicisinə maliyyə dəstəyi göstərilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilir ki, ödənilmiş vəsaitin məbləği 1 milyon 446,9 min manat təşkil edib.