Noyabrda nağdsız əməliyyatların sayı keçən illə müqayisədə 61 faiz artıb

2020.12.23 11:15 (UTC+04:00)

2020-ci ilin noyabr ayı ərzində bütün ölkə üzrə ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların sayı 11 milyona çatıb. Mərkəzi Bankdan verilən məlumata görə, həmin əməliyyatların ümumi həcmi 592 milyon manat olub. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə nağdsız əməliyyatların sayında 61 faiz, həcmində isə 32 faiz artım olub.

POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların say və həcm göstəricilərində ötən ilin noyabr ayı ilə müqayisədə müvafiq olaraq 90 faiz və 94 faiz artım qeydə alınıb.