Xarici müəssisələr əsas kapitala 4,5 milyard manat yönəldib

2020.12.22 12:33 (UTC+04:00)

Cari ilin yanvar-noyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 586,1 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 974,8 milyon manatı (86,7 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Yaponiya, İsveçrə, Malayziya, Norveç, Rusiya və İran sərmayədarlarına məxsus olub.