İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 31 min 266 ipoteka krediti verilib

2020.12.22 12:07 (UTC+04:00)

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə bu günədək 31 min 266 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 625 milyon 546,1 min manat təşkil edir.