Gələn il dövlət büdcəsinin sosial xərcləri artırılacaq

2020.12.22 18:23 (UTC+04:00)

2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 11 milyard 111,9 milyon manat məbləğindəproqnozlaşdırılıb. Bu rəqəm 2020-ci illə müqayisədə563,8 milyon manat və ya 5,3 faiz çoxdur.

Büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq sosialyönümlü xərclərə əməyin ödənişi, pensiya vəmüavinətlər, dərman, sarğı ləvazimatları vəmateriallarının, ərzaq məhsullarının alınması xərcləridaxildir. Maliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, 2021-ci ildə sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisinin 38,9 faiz təşkil edəcəyi gözlənilir. Bu, 2020-ci illə müqayisədə 0,6faiz-bənd çoxdur.

Gələn il yaşayış minimumu məbləğlərinin artırılması da gözlənilir. Büdcə layihəsinə əsasən, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə196 manat, o cümlədənəmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində proqnozlaşdırılıb. Bu göstərici 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6 manat və ya 3,1 faiz çoxdur.