Gürcüstan 11 ayda Azərbaycandan 1,4 milyard kubmetr həcmində təbii qaz alıb

2020.12.22 11:19 (UTC+04:00)

Gürcüstan cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 1,4 milyard kubmetr həcmində təbii qaz alıb. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz azdır.
Bu barədə Gürcüstan Milli Statistika Xidmətindən məlumat verilib.
Bildirilir ki, 2019-cu ildə Gürcüstan Azərbaycandan 285 milyon dollar dəyərində, 1,7 milyard kubmetr həcmində təbii qaz almışdır.
Bu il isə Gürcüstan Azərbaycandan 208 milyon dollar dəyərində təbii qaz alıb.
Qeyd edək ki, Azərbaycan dekabr ayından Gürcüstana satdığı təbii qazın qiymətini azaldıb. Ekspertlərin fikrincə bu da Gürcüstanın Azərbaycandan “mavi yanacaq” almasını stimullaşdıracaq.
Cari il dekabrın 17-də imzalanmış müqaviləyə əsasən Gürcüstan Azərbaycandan 200 milyon kubmetr həcmində qazı güzəştli qiymətlərlə alacaq.