Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında dördüncü yerdədir

2020.12.22 09:56 (UTC+04:00)

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 831349,2 min dollar təşkil edib. Bu da Gürcüstanın ümumi ticarət dövriyyəsinin 8,1 faizi deməkdir.
Bu barədə Gürcüstan Milli Statistika Xidmətindən məlumat verilib.
Bildirilir ki, Azərbaycan bu göstərici ilə Gürcüstanın əsas ticarət tərəfdaşları sırasında dördüncü yerdədir. Hesabat dövründə Gürcüstanın ən böyük ticarət tərəfdaşları sırasında Türkiyə birinci sıradadır-1429,3 milyon dollar. İkinci yerdə 1185,7 milyon dollarla Rusiya, üçüncü yerdə isə 1092,2 milyon dollarla Çin gəlir.