Dövlət müəssisələrinin 2021-ci ildə ödənilməsi nəzərdə tutulan dövlət zəmanətli borcları 900 milyon manatdır

2020.12.21 18:12 (UTC+04:00)

Dövlət müəssisələrinin (“Azərbaycan Hava Yolları” QSC, SOCAR, “Cənub Qaz Dəhlizi” QSC və sair) 2021-ci ildə ödənilməsi nəzərdə tutulan dövlət zəmanətli borclarının həcmi təqribən 900 milyon manat təşkil edir. Bu müəssisələr tərəfindən öhdəliklər yerinə yetirilmədiyi halda, dövlət zəmanəti üzrə ödəniş öhdəliyi yaranır və dövlət büdcəsinə əlavə yük yaradılır.
u barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsində deyilir.