Əsas kapitala yönəldilmiş vəsaitin 72,4 faizi sənaye və tikinti sahələrinə sərf olunub

2020.12.21 15:35 (UTC+04:00)

Cari ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 51,6 faizi sənaye, 20,8 faizi tikinti, 13,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,3 faizi peşə, elmi və texniki fəaliyyətinə sərf edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövrdə sözügedən vəsaitin 2,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,4 faizi təhsil, hər birində 1,2 faiz olmaqla ticarət; nəqliyyat vasitələrinin təmiri, informasiya və rabitə, 0,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,5 faizi maliyyə və sığorta fəaliyyəti, hər birində 0,4 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və 0,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə ayrılıb.