2022-ci ildən dövlət büdcəsinə transfertlərin həcmi mərhələlərlə qeyri-neft sektorundan əldə ediləcək gəlirlər hesabına əvəzlənəcək

2020.12.21 15:17 (UTC+04:00)

2022-ci ildən dövlət büdcəsinə transfertlərin həcminin mərhələlərlə qeyri-neft sektorundan əldə ediləcək gəlirlər hesabına əvəzlənməsi həyata keçiriləcək.
Bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsində deyilir.
Bildirilir ki, ölkənin neft ehtiyatlarının təbii tükənməsi, habelə dünya iqtisadiyyatının ənənəvi karbohidrogen resurslardan asılılığının azalması, eləcə də “yaşıl” iqtisadiyyat təşəbbüslərinin geniş vüsət alması səbəbindən neft gəlirlərinin və valyuta daxilolmalarının tədricən azalması gözləniləndir. Belə olan şəraitdə, Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin ölkənin iqtisadi təhlükəsizliyini təmin edən səviyyədə qorunması məqsədilə 2022-ci ildən başlayaraq dövlət büdcəsinə transfertlərin həcminin mərhələlərlə qeyri-neft sektorundan əldə ediləcək gəlirlər hesabına əvəzlənməsi həyata keçiriləcək. Həmçinin qeyri-neft ÜDM-in artımına dair proqnozlar nəzərə alınmaqla icmal büdcənin qeyri-neft baza kəsirinin ortamüddətli dövr ərzində tədricən azaldılması hədəflənir.