Metallurgiya sənayesində 604 milyon manatlıq məhsul istehsal olunub

2020.12.18 16:11 (UTC+04:00)

Cari ilin yanvar-noyabr aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 604,4 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, metallurgiya sənayesində 86,6 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 4,2 faiz artım müşahidə olunub.
Həmin dövrdə, həmçinin sahə üzrə 31 min 362,9 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.