Cari ildə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 382,3 manat xərcləyib

2020.12.18 15:30 (UTC+04:00)

Yanvar-noyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 42 milyard manat olmaqla 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,6 faiz azalıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 7,3 faiz azalaraq 40,5 milyard manata bərabər olub, onun 51 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 382,3 manat və ya 2019-cu ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 23 manat az vəsait xərcləyib.