Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Azərbaycanda KOB klaster" mövzusunda onlayn görüş təşkil olunub.
KOBİA-dan bildirilib ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), müxtəlif biznes assosiasiyaların və xarici ekspertlərin iştirakı ilə keçirilmiş onlayn görüşdə sahibkarlar "KOB klaster" anlayışı, klasterləşmənin üstünlükləri və Vergi Məcəlləsində "KOB klaster"lər üçün nəzərdə tutulan vergi güzəştləri barədə məlumatlandırılıb. Görüşdə KOB-lar arasında klasterlərin yaradılmasının təşviqi, klasterləşmə sahəsində əməkdaşlıq, müxtəlif sektorlarda, xüsusilə ölkəmiz üçün ənənəvi və prioritet olan kənd təsərrüfatı, nəqliyyat, tikinti, turizm və sair sahələrdə klaster şirkətlərin yaradılması müzakirə edilib.
Qırxdan çox iştirakçının qatıldığı tədbirdə klasterləşmə ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.