On bir ayda tikinti materiallarının istehsalı 24,6 faiz artıb

2020.12.18 12:57 (UTC+04:00)

Yanvar-noyabr aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 660,8 milyon manat olmaqla 24,6 faiz artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin dövrdə tikinti gipsinin istehsalı 2,4 dəfə, tikinti kərpicinin istehsalı 21,2 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 11 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 6,5 faiz artıb.
Sementin istehsalı 3,4 faiz, tikinti əhənginin istehsalı 26,9 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 35,3 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 40,1 faiz, asfaltın istehsalı isə 57,1 faiz azalıb.