Kreditlərin 97,5 faizi banklar tərəfindən verilib

2020.12.18 10:45 (UTC+04:00)

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, noyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14 milyard 785,9 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi kredit portfelinin 12 milyard 327,9 milyon manatı və ya 83,4 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,5 faizi banklar, 2,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 6,5 milyon manat olub və ümumi kredit portfelinin 6,8 faizini təşkil edib.