“Azeri Light” neftinin qiyməti 52 dolları keçib

2020.12.18 10:12 (UTC+04:00)

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,67 dollar artaraq 52,19 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.